Friday, May 18, 2007


Dalğa.Xatınoğlu

1/1/1981- ci ildə Gərgər şəharəndə doğulub, 10 yaşım varkən şe′rə maraqlandım.
Bu günlərdə Şəmsəddin Şahverən – dünyada hamıdan çox sevdiyim bir insan - ilə tanış olub daha çox şe′rə həvəsləndim.
14 yaşımda Niçə′nin Yaxcı-Pisin Ötəsi adlı kitabını oxuduqda fəlsəfəyə sonsuz bir maraq göstərdim. Sonralar Hegel, Espinoza, Şupenhaver, Həydiger, Qadamer, Kant və başqalari ilə tanış oldum.
15 yaşımda evdən ayrılmaq zorunda qaldım və birinci çapa yetirdiyim kitab(Özlük) 17 yaşıma tək yazdığım şeirlərdir. 18 yaşımda bilgisayar qolunda biliyurda vardım ve elə o zamanlar ikinci kitabım( çicəyim mənim) çap olundu. O çağlar modern və postmodern nəzəriyyələrin vurğunu olmdum. Biliyurdu bitirdikdə əsgər alındım, və sonra bir ilə yaxın sürgünlük çəkdikdən sonra Təbrizə qayıtdım. əsgərlikdə İngiliz dilini sonsuz bir maraqla öyrənib indiyə qədər yüzlərcə öykü, şeir türkcəyə çerirmişəm. Bu günlər isə Fıransiz dilini öyrənməyə başlamaq istəyirəm.
Tazalıqda Dənizə Doğru kitabım çap oldu.
Hər nədən artıq sinemanı sevirəm, sonra fəlsəfəni!
Yazıqlar olsun ki İran dövləti bir daha kitablarımın çap olmasına qoyu verməyir. Ama mən arxayınam ki bir gün NOBEL ödülünu bütün türk dünyasına sonacağam. Bunu yüz fayız söz verirəm.
Çap olunmamış yapıtlarım:
1- Bulaşiq Əllərim Var Ha!( öykülər toplusu)
2- Qu quşunun son nəğməsi(şeir)
3- Hansi dəli mənim kimi qata bilər?(şeir)
4- Ölum səmfonisi(şeir)
5- Bayir ölkə( T.S.Eliot\ çevirmə)
6- Qara qaqa(Edgar Alan Poe\çevirmə)
7- Modern Öykülər(çevirmə)
8- Yaşamsız ölüm(denəmələr)